Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazir Heydər Əsədovun rəhbərliyi və Nazirliyin müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunmuş geniş iclas keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclasda çıxış edən nazir H.Əsədov 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq edib və Nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib.
Nazir qısa müddətdə tədbirlər planının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Daha sonra tədbirlər planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb və çıxış edən struktur bölmələrinin rəhbərləri öz təkliflərini irəli sürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB