Yeni quyular qazılır

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" və "Çahandar-Zarat" yataqlarında 2 yeni quyuda qazma işlərinə başlayıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Pirallahı adası-quru" yatağında Qirməki Altı Lay Dəstəsinə qazılan 1179 nömrəli quyunun layihə dərinliyi 910 metrdir. "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə "Çahandar-Zarat" yatağında Maykop Lay Dəstəsinə qazılan 1787 nömrəli quyunun layihə dərinliyi isə 1250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə