"Hazırda Ermənistanın iqtisadiyyatı tam iflic vəziyyətindədir. Bu ölkənin dövlət büdcəsi daimi kəsrlə icra olunur. Eyni zamanda büdcənin doldurulması üçün ianələr və xaricdən maliyyələşmələr artıq tükənib". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
O, Avrasiya İqtisadi İttifaqında mərkəz rolunu oynayan Rusiyanın özündə problemlər yaşadığını və Ermənistanın İttifaqa artıq yük olacağını vurğulayıb: "Ermənistan birinci növbədə öz iqtisadiyyatının xilas olmasını Avrasiya İqtisadi İttifaqına girməsində görür. Əslində Avrasiya İqtisadi İttifaqının əsas portnyoru və mərkəzi Rusiyadır. Bütün mənada bu ittifaqın güc mərkəzi Rusiyadır. Rusiyanın özündə bir çox problemlər baş verir. Təkcə Rusiyanın özündə iqtisadi proseslərin mənzərəsini onun rublunun kəskin şəkildə aşağı düşməsi əyani şəkildə göstərir. Eyni zamanda digər sanksiyalar və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi hallar Rusiya iqtisadiyyatı üçün heç də praqmatik fikirlərin söylənməsini əsaslandırmır. Yəni bu iqtisadi ittifaqın özünün taleyi çox qaranlıqdır. Digər tərəfdən, Ermənistən bunlara əlavə yükdür. Əgər bu ittifaq öz yükünü özü çəkə bilsə, iflic və dilənçi vəziyyətində olan Ermənistana köməklik edə bilər. Əslində Ermənistan iqtisadiyyatı daha da çökəcək, bu ölkədə yaxın bir müddətdə tam iqtisadi iflas özünü siyasi kuliminasiyada biruzə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB