Məcmu kapitalla bağlı problemini həll etmiş "Azər-Türk Bank"ın səhmdarları yenidən dəyişib. SİA-nın banka istinadən yaydığı məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bankdakı payı 85%-dən 75%-ə, Türkiyənin "Zıraat" bankının payı isə 14%-dən 12,37%-ə qədər azaldılıb. "Zıraat Bank İnternation"ın payı isə 1%-dən 1,08%-ə qədər artırılıb. Bundan başqa, hazırda bankın səhmlərinin 6,55%-i "AzRe" təkrarsığorta şirkətinə, 5%-i isə "Qala Həyat" sığorta şirkətinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB