ARDNŞ büdcəyə rekord ödəmə edib

ARDNŞ büdcəyə rekord ödəmə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq 24 milyard 442 milyon manata çatıb. SİA-nın məlumatına görə, neft şirkəti ötən il öz tarixində ilk dəfə olaraq dövlət büdcəsinə rekord səviyyədə- 1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

Şirkətdən bildirilib ki, bu il ARDNŞ-in həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi respublikanın yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə ARDNŞ-in bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə