“Excelsior Hotel Baku” oteli yeni aksiyaya start verib

“Excelsior Hotel Baku” oteli yeni aksiyaya start verib

"Excelsior Hotel Baku" oteli qadınlar üçün xüsusi aksiyaya start verib. "Aura" sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər.

Sahəsi 3 500 kv.metr olan "Aura" Sağlamlıq Mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, stolüstü tennis kortu, skvoş kortu, istirahət otaqları "Aura" klubunun üzvlərinə xidmət edir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa və pulsuz internetə qoşula bilirlər. "Aura" Sağlamlıq mərkəzində zumba, kallanetika, pilates, yoqa, aerobika, boks dərsləri keçirilir.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks, 45 "Heritage" – deluks, 9 "Duke" – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə