“Qara qızıl”ın dəyəri ən aşağı səviyyəyə düşüb

“Qara qızıl”ın dəyəri ən aşağı səviyyəyə düşüb

Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.

Bununla da, "qara qızıl"ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə