99 ton avtomobil benzini ixrac edilib

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin dekabr ayında 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə, 2014-cü ilin yanvar-dekabr ayları ərzində 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib. 2014-cü ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 563,85 dollar, təyyarə yanacağının - 608,02 dollar, dizel yanacağının - 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 323,98 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə