“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2150 nömrəli platformadan 2152 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) istinadən verdiyi məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1700 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə