Əmanətlərdən vergi tutulacaq

Azərbaycanın banklarında və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə dividentlər yenidən gəlir vergisindən azad olunacaq. SİA-nın məlumatına görə, bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq (vergi güzəştləri ilk dəfə 1999-cu ildə tətbiq edilib) əmanətçilərə qarşı vergi güzəştlərinin tətbiqi mexanimzi dəyişəcək. Əgər indiyədək güzəştlər müəyyən müddətə (məsələn 3 illiyə) tətbiq edilirdisə, 2015-ci ildən qüvvəyə minəcək yeni qanunda müvəqqəti çərçivələr aradan qaldırılacaq. Bununla yanaşı, güzəştlərin xarakteri dəyişəcək, yəni əgər indiyədək güzəştlər əmanətlərin bütün məbləğinə aid idisə, bundan sonra vergi güzəştlərinin tətbiq ediləcəyi əmanətin məbləğinə məhduduiyyətlər qoyulacaq.

Güzəştlərin şamil ediləcəyi məbləğ dəqiqləşdirilməyib. Lakin Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə sığortalanan hissənin məbləğinin 30 min manatı keçmədiyini nəzərə alsaq, güman etmək olar ki, güzəştlər də məhz bu məbləğə qədər olan əmanətlərə tətbiq ediləcək. Başqa sözlə, məbləği bundan artıq olan məbləğlər vergiyə cəlb ediləcək. Artıq qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb və mənbə qeyd edib ki, onun bu günlərdə qəbul ediləcəyi gözlənilir. Bu qərar (vergi gücəzştlərinin bu formada tətbiqi) bank sisteminə dəstək verməklə yanaşı, həm də kiçik əmanətçilərin hüquqlarının qorunması məqsədi daşıyır. Güzəştlərin bu formada tətbiqi nəticəsində belə əmanətçilər vergi güzəştlərinin ləğvindən narahat olmayaraq əmanətlərini banklarda arxayınlıqla saxlaya biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə