SOCAR Ukraynada reytinq cədvəlində yüksək yer aldı

SOCAR Ukraynada reytinq cədvəlində yüksək yer aldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ukraynanın "Kapital 500" informasiya-analitik reytinqi üzrə yanacaq bazarında ən yaxşı işəgötürən elan olunub. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, reytinq ukraynalıların hansı şirkətlərdə çalışmaq arzusu və onların işəgötürəni seçərkən hansı meyarlara üstünlük verməsi ilə müəyyən olunur. Layihə üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə ölkənin 500 ən böyük şirkətinə anket göndərilərək, geniş informasiya alınıbş, ikinci mərhələdə ekspertlər şurası şirkətləri əmək haqqı, karyera imkanları, iş atmosferi, uzunmüddətli məşğulluq, uğurlu fəaliyyət, treninq imkanları, idarəçilik, sosial məsuliyyət meyarlarına görə dəyərləndirmiş, üçüncü mərhələdə isə Ukrayna ali məktəblərində təhsil alan 750 tələbə arasında sorğu keçirilib. Nəticələrə əsasən SOCAR da daxil olmaqla ölkənin 150 ən yaxşı işəgötürəni müəyyənləşdirilib. Bildirilib ki, bunlar hazırkı və potensial əməkdaşlarına effektiv işləmək və Ukraynanın biznes həyatında peşəkar yüksəlişə nail olmaq üçün ən optimal şərait yaradan şirkətlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə