Nazirlik rəsmisi: “Yarmarkalara səyyar avto laboratoriyalar gətiriləcək” Açıqlama

Nazirlik rəsmisi: “Yarmarkalara səyyar avto laboratoriyalar gətiriləcək” Açıqlama

"Bu il kənd təsərrüfatı yarmarkalarında yenilik olacaq. Bitki və heyvan mənşəli məhsulların yararlı olub-olmadığını yoxlamaq üçün yarmarkalara səyyar avto laboratoriyalar gətiriləcək". SİA-nın məlumatına görə, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında deyib.

Onun sözlərinə görə, bayram günlərində təşkil ediləcək yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin daha öncələr həftə sonları təşkil etdiyi yarmarkalardan fərqlənəcək: "Bundan başqa yarmarkalar 5 gün fasiləsiz fəaliyyət göstərəcək. Builki bayram yarmarkaları Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə