Bakı tramvayları geri qayıdır

"Polşa enerji sahəsində problemlərlə qarşılaşdığı vaxtda Azərbaycanın bizə xüsusi diqqəti, neft və qazla təminatı bizi çox sevindirdi. Biz transport sahəsində Azərbaycanın daxili vəziyyətini dəyərləndirdik. Bu sahədə yatırımlar etmək istəyirik". Bu sözləri bu gün Energetika Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan – Polşa arasında keçirilən konfransda Polşanın iqtisadiyyat naziri Yanuş Paxoşinski deyib. O, Azərbaycanla gələcəkdə əməkdaşlıq etmək istədikləri sahələrdən birinin daxili nəqliyyat sahəsi olduğunu ifadə edib. Hətta tramvay yollarını yenidən quraraq istifadəyə verməkdə maraqlı olduqlarını vurğulayıb: "Artıq qərara gəldik ki, Bakının nəqliyyatında önəmli rola malik olan tramvay yollarını bərpa edək. Bilirsiniz ki, biz bu sahədə bir çox ölkə ilə əməkdaşlıq edirik. Biz Bakının daxili nəqliyatına yeniliklər gətirməkdə maraqlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə