Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 720 min 856-ya çatıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2014-cü il dekabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 720 856-ya çatıb.
Onların 1 699 108-i əhali, 21 748-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 727 509-u Bakı şəhəri (716 829 əhali, 10 680 qeyri-əhali abonenti), 993 347-i isə regionların (982 279 əhali, 11 068 qeyri-əhali abonenti) payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB