"Türkiyə "Mavi axın" layihəsi ilə qaz təchizatlarını artırmaq istəyir. Hazırda bu qaz kəməri vasitəsilə təqribən 14 milyard kub metrə qədər qaz alır. Baxmayaraq həmin boru kəmərinin layihə yükü 16 milyard kub metrdir, amma Türkiyə hələ indiyə qədər bu layihə ilə o miqdarda qaz ixracı etməyib. Ancaq Türkiyə o niyyətdədir ki, həmin boru kəmərinin gücünü 19 milyard kub metrə qədər artırsın". Bunu SİA-ya açıqlamsında iqtisadşı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, bu barədə Rusiya ilə danışıq olsa da qarşı tərəf öz razılığını verməyib: "Bu kəmərin layihə gücünü artırmaq üçün Rusiyada nasos stansiyalarının gücünü də artırmaq lazımdır. Bu isə yeni investisiyalar tələb edir. Hazırkı şəraitdə isə Rusiyanın yeni investisiyalar qoymaq üçün əlverişli şəraiti yoxdur. Rusiya Enerji naziri Aleksandr Novak da qeyd edib ki, bu məsələ barədə məsləhətləşmələr aparmalıyıq və kommersiya baxımından Rusiyaya sərfəli olarsa ancaq o zaman bu istəyi həyata keçirə bilərik".
İqtisadçı "Mavi axın" qaz kəmərinin Azərbaycanla Türkiyə arasındakı neft-qaz layihələrinə təsirinin olub olmaması məsləsinə də toxunub: "Ümumiyyətlə, təsirsiz heç nə olmur. Türkiyə ilə Şahdəniz-1 layihəsi ilə bağlı müqavilə imzalamışdıq. Onların öhdəliyi bizdən bir ildə 6,3 milyard kub metr qaz almaq idi. Ancaq indiyə qədər heç vaxt bu həcmdə qaz almayıblar. Düzdü onlar bizə bunun əvəzində təzminat da ödəyiblər. Amma bu faktdır ki, belə bir həcmdə qaz almayıblar. Hazırki vəziyyətdə isə "Mavi axın"la Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələrin hər hansı uzlaşması yoxdur. Gələcək üçün yeganə bir onu demək olar ki, Rusiya qazı Türkiyənin daxili bazarında indiki haldan daha da çox ixrac edilsin və Türkiyə Azərbaycan qazının Şahdəniz-2 layihəsi çərçivəsində alınması olan 6 milyard kub metr deyil, ondan müəyyən qədər az miqdarda qaz alsın. Bu cür hallara görə də, Türkiyənin Azərbaycanla al və ödə razılaşması var. Almadığı həcmlərin qiymətini Şahdəniz konsorsiumu layihəsinin iştirakçılarına ödəməlidir".
Ekspert Türkiyə ilə Rusiya arasında reallaşacaq yeni qaz kəmərindən də danışıb: "Türkiyə Qara dənizin dibindən keçəcək yeni qaz kəməri vasitəsilə 2020-ci ildən sonra Rusiyadan aldıqları qaz həcmlərini artıra bilər. Razılaşdırılan bu layihənin gücü 63 milyard kub metr olacaq. Bu Avropaya yönəlmiş bir layihədir. Əgər baş tutarsa Türkiyənin daxili bazarına bu kəmər vasitəsilə 14 milyard kub metr qaz daxil olacaq. Əvvəllər Türkiyəyə qaz Ukrayna vasitəsilə gəlirdi. İndi bu yeni kəmər vasitəsilə birbaşa Türkiyəyə daxil olacaq. Ona görə də, Rusiya qazı Türkiyəyə daha ucuz qiymətə satacaq. Amma bunu da indidən proqnozlaşdırmaq mümkün deyil. O zaman dünya bazarında qazın qiyməti bu layihənin nəticəsinin necə olacağını göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB