“Bakutel-2014”də kənd təsərrüfatına həsr olunan sessiya keçirilib FOTO
"Bakutel-2014" Azərbaycan Beynəlxalq Telekommuni-kasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində "Əşyaların interneti – Internet of Things" adlı beynəlxalq forumda kənd təsərrüfatında innovativ texnologiyalarının tətbiqi mövzusu üzrə sessiyada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti xüsusi təqdimatla iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sözügedən forumun məqsədi aparıcı hökumət nümayəndələri, iş adamları, elm işçiləri və qeyri-hökumət təşkilatları nümayəndələri arasında İKT sahəsində ən son texnoloji yeniliklərin tətbiqi məqsədilə gələcək əməkdaşlıq perspektivləri, kibertəhlükəsizlik məsələləri üzrə müzakirələr aparmaq, məlumat və təcrübə mübadiləsini təmin etməkdir.
"Əşyaların interneti: kənd təsərrüfatında inqilab katalizatoru" adlı panel sessiyası çərçivəsində Nazirliyin Aparat rəhbəri İlham Bayramov Azərbaycanda "Elektron kənd təsərrüfatı" informasiya sistemi mövzusunda təqdimat edib, ölkəmizdə İKT-nin kənd təsərrüfatında tətbiqi barədə məlumat verib. Paneldə, həmçinin Turin Politexnik Universitetinin professoru Daniel Trinçero, Yaponiya hökumətinin nümayəndəsi Ryo Kajivara, "Panasonic" şirkətinin nümayəndəsi Katsudzo Nişin və digərlərinin təqdimatları olub və mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB