Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilir

Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilir

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-cı iclası keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanla yanaşı, Belarus, Rusiya Federasiyası, Özbəkistan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Tacikistanın müvafiq qurumlarının, həmçinin Dövlətlərarası Şura katibliyinin rəhbər şəxsləri iştirak edir.

İclasda ilk çıxış edən Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni Tvinning layihəsinə başlanılıb. Onun sözlərinə görə, layihə çərçivəsində "Texniki tənzimlənmə" və "Standartlaşdırma" haqqında qanun layihələri hazırlanıb.

R. Həsənov qeyd edib ki, hazırda tikinti sahəsi və tikinti materialları, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standatlaşdırılması üzrə texniki komitələr formalaşdırılıb: "Komitədə qida məhsulları ilə bağlı beynəlxalq Kodeks Alimentarius standartları əsasında milli standartların hazırlanması prosesləri aparılır. Metrologiya sahəsində xüsusi diqqət etalon bazanın genişləndirilməsi və inkişafına yönəlib. Artıq gələn ildən ölkəmiz metrologiya üzrə nüfuzlu təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə