Nağdsız əməliyyat apardı, “AtaBank”dan 500 manat qazandı

Nağdsız əməliyyat apardı, “AtaBank”dan 500 manat qazandı

"AtaBank" ASC-nin 1 mart 2014-cü il tarixindən start verdiyi "Al, Poz, Qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ikinci 500 manatlıq uduş qazanılıb. Kampaniyada iştirak edən müştəri Oqtay Babayev apardığı nağdsız əməliyyat vasitəsilə 3 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirib. Bundan başqa Bankın Nərimanov, Səbail, Gəncə, Lənkəran, Şəmkir, Xaçmaz və Monolit filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.

Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 17 000-dən artıqdır.

Qeyd edək ki, kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank_ASC səhifəsinə daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə