Roma Papası İstanbuldakı Fənər Rum Patriarxlığında təşkil olunan dini mərasimə qatılıb
Roma papası Fransisk Türkiyəyə səfərini İstanbulda davam etdirir. Şəhərdəki bir sıra kilsələrə baş çəkən papa Fransisk Fənər Rum Patriarxlığında təşkil olunan dini mərasimdə iştirak edib.
Patriarxlıqdakı çıxışlarda qərb və şərq ölkələrindəki kilsələr arasında əlaqələrin inkişafına, dünyadakı münaqişələrə dair fikir və mülahizələr bildirilib, müsəlmanlar və xristianlar arasında dialoqun vacibliyi qeyd olunub.
Papa Fransisk ilə pravoslav patriarxı Varfolomey arasında əməkdaşlıq sənədi imzalanıb.
Sabir Şahtaxtı, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB