İnvestisiya planının əsas məqsədləri açıqlanıb

İnvestisiya planının əsas məqsədləri açıqlanıb

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin Avropa Parlamentində investisiya planı haqqında çıxışı zamanı sərmayələrin ümumi həcminin 315 milyard avrodan çox olacağının gözlənildiyini, 21 milyard avro məbləğində ilkin maliyyələşmənin Avropa İnvestisiya Bankına 63 milyard avro kredit verməyə imkan verəcəyini və vəsaitlərin layihələrin nisbətən riskli mərhələlərinə xərclənəcəyini bildirib.

SİA-nın xəbərinə görə, Avropa Komissiyası, həmçinin iqtisadiyyatın əsas infrastruktur sektorlarında, o cümlədən rabitə və elektron ticarət sahəsində qanunvericilik və digər maneələri aradan qaldırmaq niyyətindədir.

Qeyd olunur ki, fərdi məlumatların mühafizəsi, müəllif hüquqları və internet istifadəçilərinin hüquqları haqqında qanunvericilikdə aparılan sürətli və geniş islahatlar Avropanın vahid rəqəmli bazarının yaradılmasına kömək edəcək.

Jan-Klod Yunkerin dekabr ayında investisiya planı çərçivəsində əsas layihələrin siyahısını təqdim etməyi planlaşdırır. Avropada geniş əhatəli və böyük buraxılış qabiliyyətinə malik genişzolaqlı rabitə şəbəkələrinə, intellektual məlumat emalı mərkəzlərinə ehtiyac olduğunu vurğulayan komissiya rəhbəri, əsas istiqamətin infrastruktur olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə