Azərbaycanda günəş panelləri kreditlə veriləcək. SİA-nın məlumatına görə, günəş enerjisi istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparılıb. Bu panellər alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Bununla bağlı bank VTB (Azərbaycan)-ın sədri Yuri Yakovlev bildirib.
O, günəş enerjisindən istifadə haqqında danışarkən deyib ki, Azərbaycanda da yeni texnika vasitəsilə artıq alternativ enerjidən istifadə etmək olar: "Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda ildə ən azı 300 günəşli gün olduğu halda, belə ekoloji enerji mənbəyindən istifadə etməmək düzgün olmazdı. Hindistan şirkətlərinin təklif etdiyi sadə və keyfiyyətli avadanlıqların qiyməti 1500 dollardır. Lakin ənənəvi enerjinin sərfiyyatının azaldılması, ailə büdcəsinə qənaət və təbii resursların qorunması baxımdan belə avadanlıqlardan istifadə son dərəcə sərfəlidir".
Qeyd edək ki, hazırda layihə Enerji Nazirliyi ilə də müzakirə olunur. Layihə maraq doğursa və ölkənin müvafiq strukturları onu dəstəkləsə, Azərbaycanda günəş panellərinin kreditlə satışına başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB