"Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsində 100 min manat artım olub". SİA-nın məlumatına görə, bunu fondun sədri Elman Mehdiyev Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.
Fond sədri bildirib ki, sanatoriya kurort yollayışlarında artım olub: "Sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu. Bu, 2014-cü ilə nisbətən 2,2 faiz çox idi. Artım əsasən aşağıdakı kimi nəzərdə tutulub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb. Əvvəl 122, 8 min manat nəzərdə tutulmuşdu. Bu vəsait DSMF-nin saxlama xərclərinin azaldıması hesabına mümkün olub. Nəzərdə tutulan artımın 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı Azərbaycan Həmklarlar İttifqaının idman cəmiyyətlərinin inkişafına yönləndirilməsi, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB