Azərbaycan Respublikasının 2015-ci il dövlət budcəsi qəbul edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi qəbul edilib. SİA-nın məlumatına görə, millət vəkilləri büdcə layihəsinə daxil "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarına səs verərək qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB