"Azneft" İstehsalat Birliyində "2014-cü ilin keçən dövrü ərzində istehsalatda baş vermiş hadisələr" mövzusunda müşavirə keçirilib. SİA-nın xəbərinə görə, iclasda Birliyin Baş direktoru Daşqın İskəndərov çıxış edərək bildirib ki, neft sənayesində əməyin mühafizəsi məsələsində işlərin təhlükəsiz təşkili üçün "Azneft" İB-də vahid tələblər müəyyən edilib.
Daha sonra Birliyinin struktur təşkilatlarında 2014-cü ilin keçən dövrü ərzində baş vermiş hadisələr əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib və bu hadisələrin başvermə səbəbləri müzakirə olunub. Bildirilib ki, təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması üçün İB-nin strukturunda fəaliyyət göstərən podratçı təşkilatların işinə xüsusi diqqət yetirilməli, istehsalat sahələrində təhlükəli və zərərli istehsalat amilləri aradan qaldırılmalı, riskin qiymətləndirilməsi yolu ilə təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB