Anna Malena: “Azərbaycanla yaxından əməkdaşlıq edirik” Açıqlama
"Azərbaycan neft və qazla zəngindir. Lakin burada bərpa olunan enerji mənbələri də yüksək səviyyədədəir. Azərbaycan prezidenti 2011-ci ildə Milli Strategiya ilə bağlı qərar verib. Bu strategiya 2020-ci ilə qədər davam edəcək. Strategiya çərçivəsində biz də Azərbaycanda fəaliyyət göstərmək niyyətindəyik". Bu sözləri Avropa Bankı nümayəndəliyinin Azərbaycandakı rəhbəri Anna Malena Mard deyib.
O, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə bir çox sahələrdə olduğu kimi, enerji layihələrində də aktiv iştirak etdiyini vurğulayıb: "Enerji effektivliyi Avropa İttifaqının mühüm strategiyasına çevrilib. Dayanıqlı enerji prioritetləri ilə bağlı Azərbaycan 2006-ci ildə Aİ ilə saziş imzalayıb. Bu çərçivədə Aİ Azərbaycanla bir çox layihələrdə qarşılıqlı çalışır. 3 il ərzində Azərbaycana 1 milyard dollar texniki yardım göstərilib. 12 milyon manat isə büdcəyə dəstək verilib. Burada biznes məsləhət yardımı ilə bağlı da layihələr həyata keçiririk".
Malena Mard texniki sahələrdə də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini vurğulayaraq, enerjiyə qənaət edən layihələrin dəstəyinə ehtiyac olduğunu deyib: "Enerji effektivliyi ilə bağlı Azərbaycanda nə qədər iş görsək, ixraca bir o qədər müsbət təsir edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB