Müraciət edənlərin sayı 28000-dən çoxdur Nazirlikdən açıqlama
İqtisadiyyat və Sənaye Nazirliyi oktyabr ayında 195-2 Telefon Məlumat mərkəzinə müraciət edənlərin sayını açıqlayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın, indiyədək isə 28000-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə getmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlər etmək mümkündür.
Müraciət etmək istəyənlərin nəzərinə onu da çatdıraq ki, telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB