Çin alternativ energetika sektoruna böyük həcmdə vəsait qoymağı planlaşdırır

Çin alternativ energetika sektoruna böyük həcmdə vəsait qoymağı planlaşdırır

Dünyanın sürətlə inkişaf edən dövlətlərindən olan Çin Xalq Respublikasında ekoloji cəhətdən təmiz yanacaq növlərinin işlənib hazırlanması məsələsinə xüsusi diqqət yetirilir. Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2-3 ildən sonra ölkənin üç bölgəsində metanol yanacağı ilə işləyən avtomobillərin iqtisadi səmərəliliyinin, təhlükəsizliyinin və ətraf mühitə təsirinin qiymətləndirilməsi başa çatdırılmalıdır. Sınaqların nəticələrinə görə metanol yanacağı ilə işləyən avtomobillər üçün standart meyarların müəyyən edilməsi sahəsində konkret tədbirlər nəzərdə tutulur. Seçilmiş bölgələrin üçü də metanol yanacağı ilə işləyən avtomobillərin yaradılması sahəsində böyük təcrübəyə malikdir.

Məsələn, zəngin kömür ehtiyatlarına malik Şanksi əyalətində ümumilikdə 40-dan artıq metanol yanacağı doldurma stansiyası var.

"China Daily" qəzeti qeyd edir ki, hökumət növbəti illərdə yeni nəsil bioloji texnologiyalar, informasiya texnologiyaları və yeni növ materialların hazırlanması da daxil olmaqla, alternativ energetika sektoruna 10 trilyon yuan (1,59 trilyon dollar) vəsait qoymağı planlaşdırır.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə