ABŞ: Neftin qiyməti 50 dollara qədər enə bilər

ABŞ: Neftin qiyməti 50 dollara qədər enə bilər

ABŞ Energetika Nazirliyinin nəzdindəki enerji informasiyası idarəsinin rəhbəri Adam Seminski Hyustonda keçirilən konfransda çıxış edərkən dünya bazarında neftin bir barrelinin qiymətinin 50 dollara qədər enə biləcəyini deyib. TASS informasiya agentliyi xəbər verir ki, Adam Seminski bir çox analitiklərin bədbin ssenarilərinə görə, 2015-ci ilin ortalarında WTI (açıq qərbi Texas nefti) markalı neftin qiymətinin 62 dollara enəcəyini bildirib.

Enerji informasiyası idarəsinin hazırda neftin daha da ucuzlaşmasının mümkün nəticələrini təhqiq etdiyini söyləyən Seminski qiymətin 60 dollara qədər enəcəyi təqdirdə ABŞ-ın şist yataqlarında neft hasilatını dayandıracağını da qeyd edib.

İdarə rəhbəri Liviya, İraq və başqa Şərq ölkələrindəki gərginlik səbəbindən bu gün qara qızılın qiymət dinamikasını proqnozlaşdırmağın çətin olduğunu da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə