"Bu günə qədər vətəndaşlara 1 milyarddan çox ipoteka kreditləri verilib". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.
E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün nəzərdə tutulmuş vəsaitin artırılması planlaşdırılır: "Belə ki, bu vəsait cari illə müqayisədə 10 milyon manat artırılaraq, 50 milyon manata çatdırılıb. Bu siyasətin həyata keçirilməsi çox düzgün addımdır".
Onun sözlərinə görə, əhaliyə verilən ipoteka kreditinin 600 milyon manatı İpoteka Fondunun xətti ilə və dövlətin ayırdığı vəsaitlər hesabına verilib: "Bura fondun bazardan cəlb etdiyi vəsaitlər də daxildir. Qalan məbləğ isə bankların öz hesabına verilib. Bütövlükdə isə bu günə qədər İpoteka Fondu vasitəsi ilə 15.400 ailə ipoteka krediti alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB