Komitə sədri: “Biznes və maliyyə resurslarına böyük investisiyalar yatırılmalıdır”
"Bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur. Yaxşı lideri olmayan dövlətin sonu yoxdur". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respubklikasının 2015-ci ilin dövlət büdcəsi" haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu layihədə iqtisadi-sosial məsələlərin, ölkədə iqtsadi gəlirlərin iqtisadi tənzimlənməsinin bütün müddəaları ətraflı əks olunub: "Bir aya yaxındır ki, dövlət büdcəsi ilə bağlı müzakirələr keçirilir. Qanun layihəsində əsas məqamlara diqqət yetirmək istəyirəm. Belə ki, qanun layihəsində dünyada qloballaşma prosesində Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması öz əksini tapıb. Çünki, bu məsələlər bu proseslər konteksində təhlil olunur".
Onun sözlərinə görə, bu qloballaşma prosesində Azərbaycanın maliyyə sabitliyinin qorunması artıq ənənə halını alıb: "2015-ci ildə büdcə gəlirlərinin 1 milyard manat artırılması nəzərdə tutulub. Qeyri-neft sektorunun gəlirləri 2013-2014-cü ilin gəlirlərindən 1,5 dəfə çoxdur".
Komitə sədri qeyd edib ki, bu il ərzində Azərbaycana gələn maşınların sayında və burdan gələn gəlirlərdə azalma müşahidə olunub: "Ancaq bu müvəqqəti haldır. Bu gün Azərbaycana ekoloji cəhətdən təmiz maşınların idxalına ciddi ehtiyac var. Bununla bağlı qanunvericilik bazası hazırlanmalıdır".
Z. Səmədzadə vurğulayıb ki, biznes və maliyyə resurslarına böyük investisiyalar yatırılmalıdır: "Biz bu siyasəti həyata keçirməliyik ki, istənilən nəticəni əldə edək və dövlət büdcəsinin gəlirlərini artıra bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB