Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsində yoxlama aparılıb

Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsində yoxlama aparılıb

Hesablama Palatasının Kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edilmiş nəzarət tədbirləri üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiyada eyni zamanda dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, həmçinin digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə