"Günəşli" yatağındakı 13-cü özüldən 33 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, quyu "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb.
Quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB