Uzun müddət müşahidə olunan quraqlıqdan sonra düşən intensiv yağışlar payzılıq taxıl səpininin gecikməsinə səbəb olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonunda payızlıq taxıl səpini yekunşalmaq üzrədir.Taxıl əkini ilə məşğul olan fermerlərin sözlərinə görə, hər il oktyabr ayının ilk ongünlüyündən başlayan taxıl səpini ayın sonuna kimi bitirdi. Lakin bu il havaların əvvəlcə quraq keçməsi, bir müddət sonra ardınca yağan intensiv yağışlar taxıl səpinini ləngidib. Nəticədə bir aya yaxın gecikən taxıl səpini məhsuldarlığı aşağı sala bilər.
Buğda və arpa əkini əsasən Masallı rayonunun Aran zonasında aparılır. Səpin zamanı buğdanın üç növündən, "Bezos", "Əzəmət" və "Qarabağ" növündən istifadə olunur. Hektara iki tondan artıq məhsul verən bu buğda sortları dəmyə şəklində əkilir.Texnika sarıdan müəyyən qədər çətnliklərinin olduğunu deyən fermerlər subsidiya və gübrələrin vaxtında verildiyini söyləyirlər.
Fermer Sadıqov Mətləb deyir ki, bu il "Bezos" sortu əkmişəm. Hektara iki ton, iki ton ikiyuz kq. verir. Keçən il buğda da, arpa da əkmişdim, pis olmadı.
Qeyd edək ki, ötən il Masallı rayonu üzrə 15 min hektar ərazi şumlanaraq onun 11354 hektarında buğda əkilib. Cari ildə isə indiyə kimi 5600 hektar ərazidə buğda, 2000 hektar sahədə isə arpa əkilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB