Azərbaycanda qaz hasilatı artıb

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 35,6 milyon ton neft və qaz-kondensat hasil edilib. 2013-cü ilin analoji dövründə bu rəqəm 36,11 milyon ton olub. SİA bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 10 ayı üzrə hesabatına istinadən xəbər verir.

Hesabatda bildirilir ki, 2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdu. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.

Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.

Hesabata əsasən, cari ilin ilk 10 ayında ölkədə əmtəə qazının hasilatı 15,5 milyard kubmetr olub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 14,62 milyard kubmetr təşkil edib.

2013-cü ildə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub. 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr idi.

Bütün xəbərlər Facebook səhifəmizdə