“Neft Daşları” yatağında yeni meydança tikilir

“Neft Daşları” yatağında yeni meydança tikilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neft Daşları" yatağında yeni 1954A nömrəli estakadayanı meydançanın inşası davam etdirilir. ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" institutunun layihəsi əsasında tikilən meydançanın baş podratçısı şirkətin "Neftqaztikinti" trestidir. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyulardan sutkada 100 ton neft hasil olunacağı gözlənilir. Estakadayanı meydançanın hidrotexniki hissəsində işlər başa çatdırılıb, boruyığma, nasoslara xidmət, iki minik və iki yanalma meydançaları, qülləaltı postament, dalma nasosları üçün şaxtalar və digər qurğular quraşdırılıb. İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə