Komitə sədri:“Sanatoriya və kurortlara ayrılan vəsait tələblərə cavab vermir”

Komitə sədri:“Sanatoriya və kurortlara ayrılan vəsait tələblərə cavab vermir”

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il üçün fəaliyyətinin çox gərgin olacağı görünür. Buna səbəb fondun transferlərinin həcminin 42 milyon manat azalmasıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli DSMF-nin 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Fond bu rəqəmi yığmalıdır: "Fondun büdcədən maliyyələşməsinin qismən azalması barədə uzun illər fikirlər səsləndirirdik. Bu gün artıq bu azalma tendensiyasını onun fəaliyyətində görürük. DSMF həm hüquqi, həm də fiziki şəxslərin sığortaya cəlb olunmasında fəallıq göstərir ki, bu da 36 faiz təşkil edir. Qeyri-büdcə sektorundan da daha çox yığım təşkil etməlidir. DSMF-nin büdcəsi beynəlxalq qaydalara və sistemə uyğundur".

H.Rəcəbli vurğulayıb ki, uşaqların sağlamlığının artırılması istiqamətində büdcədən ayrılan vəsait 3 dəfə artırılıb.

Onun sözlərinə görə, sanatoriya və kurort mərkəzlərinə ayrılan 2,2 faiz vəsait isə müasir tələblərə cavab vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə