ARDNŞ 8714 metr qazma işi həyata keçirib

ARDNŞ 8714 metr qazma işi həyata keçirib

2014-cü ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8714 metr qazma işi həyata keçirib. SİA-nın ARDNŞ-a istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin 8515 metri istismara, 199 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 107 451 metr qazma işi görülüb ki, bunun da 105 624 metri istismara, 1827 metri isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə