Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Lora Tak Azərbaycan Respublikasında işgüzar səfərdədir. Səfərin məqsədi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadilələri, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi yönündə işgüzar söhbətlər aparmaq olub. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin movcud vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonağı səmimi salamlayan nazir Heydər Əsədov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə edildiyini və bu uğurların qazanılmasında Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin rolunu xüsusilə vurğulayıb.
Görüşdə Dünya Bankı ilə imzalanmış "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi", "II kənd investisiya layihəsinə əlavə vəsaitin ayrılması" layihələri müzakirə edilib və gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanlar müzakirə edilib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak səmimi görüşə görə təşəkkürünü bildirib, son illərdə aqrar sahədə həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini və aqrar sahənin inkişafında mühüm rol oynadığını bildirib.
Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak kənd investisiya layihəsinin fəaliyyəti ilə yaxından tanış olmaq, xüsusilə də layihənin on illiyi ilə əlaqədar Dünya Bankının Bakı ofisində dəyirmi masada iştirak etdilər hazırda icra olunan AzKİL 2 layihəsinin icrasının statusu və gələcək perspektivlər barədə müzakirələr aparıblar.
Daha sonra tədbir iştirakçıları AzKİL-in əməkdaşlıq edən 15 icmanın nümayəndələri ilə görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB