Bu il avtobuslardan istifadə edənlərin sayı artıb
Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-sentyabr aylarında 95,3 milyon ton yük, 1,2 milyard sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,1 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə taksi xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,8 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 4,1 faiz artaraq 156,5 milyon nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB