İlham Şaban: “Türkiyədən Naxçıvana enerji ötürülməsinə ehtiyac yoxdur”
"Azərbaycanla Türkiyə arasında enerjinin ötürülməsində Naxçıvanın iştirakı nəzərdə tutulmur. Çünki Naxçıvanın coğrafi mövqeyi Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrə qoşulmağa imkan vermir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Naxçıvanın enerji problemi İran üzərindən həlli edilir: "Əvvəllər Türkiyədən Naxçıvana enerji ötürülüb. İndi isə Naxçıvanda yeni elektrik stansiyaları qurulub və həmin stansiyalar Azərbaycan qazının İran üzərindən ötürülməsi ilə çalışır. Bu baxımdan Naxçıvan özünü Azərbaycan qazı ilə idarə etdiyindən Türkiyədən enerjinin ötürülməsinə ehtiyac yaranmır. Buna görə də Azərbaycanla Türkiyə arasında həyata keçirilən enerji layihələrində Naxçıvanın enerji ehtiyacları gündəmə gətirilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB