Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 23,4 min ton duz hasil olunub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, beləliklə də hasilatda ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım qeydə alınıb.
Bu müddətdə hasil olunan duzun 4,2 min tonunu əmtəəlik duz təşkil edib. Bu isə öz növbəsində ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.
Ümumiyyətlə, bu müddətdə ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 99.4 faiz təşkil edib. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində, 22.3 faizi emal bölməsində istehsal edilib.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.1 milyon ton, əmtəəlik qaz hasilatı 13.8 milyard kubmetr təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB