Fatih Şener: "Orta Asiya respublikalarına yüklər Azərbaycan ərazisindən daşınacaq"
Türk iş adamlarına məxsus TİR avtomobilləri Orta Asiya respublikalarına yük daşımaq üçün 2015-ci ilin birinci rübündən etibarən Azərbaycan ərazisindən istifadə edəcəklər. Bu barədə Türkiyə mətbuatına Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin sədri Fatih Şener məlumat verib.
O qeyd edib ki, Azərbaycan və Türkmənistan ilə əldə olunan razılığa əsasən TİR-lar gələn ildən etibarən Azərbaycan-Xəzər dənizi-Türkmənistan marşrutu ilə hərəkət edəcək. "Azərbaycan tərəfi ilə görüşdük və yüklərin Xəzər dənizi üzərindən digər türk respublikalarına çatdırılması üçün marşrut müəyyənləşdirildi. Bu məqsədlə iki Ro-Ro gəmisi və iki bərə ayrılıb. Yeni marşrut ildə 30 min ton yük daşınmasına imkan verir. Əgər əvvəllər yüklərimizi İran ərazisindən daşıyırdıqsa, yaranan çətinliklər bizə yeni marşrutlar axtarmağa sövq etdi. Azərbaycan ərazindən yük daşınması İrana nisbətən daha ucuz başa gələcək", - deyə F.Şener vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB