Məmməd Musayev: “Qeyri –neft məhsullarının dünya ölkələrinə ixracı nəzərdə tutulur” Açıqlama
"Azərbaycan bu gün bir çox belə tədbirə ev sahibliyi edir. Məqsəd, Azərbaycanın inkişafına dəstək vermək, sürətli inkişafında pay sahibi olmaqdır. Azərbaycan sahibkarları da bu sahədə çox aktivdirlər". Bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə bağlı Bakıda "Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları" adlı Azərbaycan-Türkiyə Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev deyib. O, bundan öncə də keçirilən biznes forumun çox böyük əhəmiyyətə sahib olduğunu vurğuladı: "Ən azından bundan öncəki tədbir barədə məlumat verim ki, əvvəlki toplantımız Naxçıvanda Türkdilli Dövlətlərin biznes forumunu və biznes şurası çərçivəsində keçirildi. Forumda 200-dən artıq iştirakçı var idi. Burada 4 dövlət təmsil edilirdi. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan bura daxil idi. Digər hər 3 ölkədən hökümətin palata sədrləri iştirak edirdi. O cümlədən Türkiyədən isə, Borsalar Birliyinin (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu Naxçıvanda olan tədbirdə iştirak edib. Burada əsas məqsəd, Naxçıvanın ixrac potensialına dəstək vermək olub. Oradakı yerli müəssisələrdə də bizim qonaqların iştirakı oldu. Demək olar ki, orada istehsal olan məhsulların artıq necə dünya standartların uyğun olması barədə çox yaxşı fikir formalaşdı. Gələcəkdə də Naxçıvanın öz məhsullarının digər ölkələrə ixracına dəstək vermə əminliyi yarandı.
Türkiyə - Azərbaycan işadamlarının biznes forumu haqqında danışan konfederasiya rəhbəri, Azərbaycanın dünya ixracatında yer alması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətindən danışdı: "Bugünkü forum isə, Türkiyə İxracatçılar Birliyinin Azərbaycandakı tədbiridir. Hər iki tərəfdən təxminən 200-dən artıq sahibkar iştirak edir. Əsas məqsəd TİB-in ixracat potensialını artırmaqdır. Azərbaycan Sahibkarlar Təşkilatının bu sahədə əsas məqsədi, TİB ilə birlikdə digər üçüncü ölkələrə ixracı həyata keçirməkdir. Azərbaycanda ixrac təcrübəsini öyrənmək, belə bir ixrac birliyi Azərbaycanda da yaratmaq və bu ixrac birliyi vasitəsilə ölkəmizdə də sahibkarlara ixrac təcrübəsini barədə biliklər vermək, Azərbaycan məhsullarını dünyaya çıxarmaqdır. Bu il 9 ayın yekununa görə, cənab Prezidentin çıxışında da vurğuladığı kimi, əsas qeyri –neft məhsullarının, emal və kənd təsərrüfatı məhsullarının ixracı və onun ənənəvi bazarlardan başqa, digər dünya ölkələrə də ixracı nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB