"Hər il keçirilən toplantılarda önəmli qərarlar qəbul edirik. Ticarət əlaqələrimizin günümüzdəki 4-5 milyard dollarlıq səviyyəsindən, 15- 20 milyard dollar səviyyəsinə qədər çıxarılması kimi hədəflər var". Bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə bağlı Bakıda "Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları" adlı Azərbaycan-Türkiyə Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun deyib.
Onun sözlərinə Azərbaycanla Türkiyə işadamları birlikdə çalışaraq üçüncü ölkələrə sərmayə yatıra bilərlər: "Azərbaycan və Türkiyə biznesmenlərinin qarşılıqlı yatırdıqları investisiyalardan başqa, birlikdə üçüncü ölkələrə də sərmayə qoyuluşlarına yönəlmələri çox önəmlidir.
Bu gün Türkiyədən gələn işadamları bəlli bir sektor üzərində Azərbaycanlı işadamları ilə həm ikili şəkildə, həm də birlikdə üçüncü ölkələrə istiqamətlənmiş hansı işlərin görülməsini dəyərləndirəcəklər. Bunlar çox önəmli təşəbbüslərdir. Çünki, işadamlarının ehtiyac duyduğu bəzi təməl xüsusiyətlər var. Buna siyasi dayanıqlılıq, iqtisadi inkişaf şəraitinin yaradılması və dövlət orqanlarının burada iradəsini ortaya qoymasıdır. Türkiyədə də, Azərbaycanda da sahibkarlar bu yöndə dəstəklənirlər. Son dərəcə uyğun olan bir meydan götrülməktədir. Qlobal iqtisadi durğunluqlara, sıxıntılara, bölgəmizdəki qarışıqlıqlara baxmayaraq Türkiyə və Azərbaycan kifayət qədər güclü bir şəkildə inkişaf həmlələrini davam etdirməkdədirlər. Birlikdə də, önəmli layihələr həyata keçirilməkdədir".
Səfir qeyd etdi ki, həm Türkiyə, həm də Azərbaycanda siyası dayanıqlılığın olması qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm şərait yaradır: "İşadamlarımız da bu siyasi dözümlülükdən istifadə edərək yeni axtarışlar içərisindədirlər. Bu gün Bakıda gerçəkləşdirilən toplantının bu baxımdan önəmi nəticələr verəcəyinə ümid edirəm. Azərbaycan iqtisadiyyatını çeşidləndirmə axtarışında, bölgələrini inkişaf etdirmə arayışında, neft kapitalını insan kapitalına yönəltmə arayışında Türkiyənin özünə görə dəstək verə biləcəyi, özünün təcrübələrini və səhvlərini Azərbaycanla paylaşa biləcəyi böyük işbirliyi zəmini görülməkdədir. Bugünkü toplantı bu baxımdan önəmli nəticə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB