“Şahdəniz” yatağından 9 ayda 7 milyard kubmetrdən çox qaz hasil edilib

“Şahdəniz” yatağından 9 ayda 7 milyard kubmetrdən çox qaz hasil edilib

Yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından gündə təxminən 26,6 milyon kubmetr qaz hasil olunub. Ümumilikdə isə həmin dövrdə yataqdan 7 milyard kubmetrdən artıq qaz və 1,72 milyon ton kondensat çıxarılıb. Bunu jurnalistlərə açıqlamasında "bp-Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrell deyib. O bildirib ki, hesabat dövründə "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat xərcləri və 1 milyard 700 milyon dollardan çox əsaslı vəsait sərf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə