Bu da "Bakı 2015- I Avropa Oyunları"nın markaları FOTO

Bu da "Bakı 2015- I Avropa Oyunları"nın markaları FOTO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti ölkəmizdə keçiriləcək daha bir möhtəşəm tədbir münasibəti ilə poçt markaları dövriyyəyə buraxacaq. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iyunun 12-dən 28-dək paytaxt Bakının ev sahibliyi edəcəyi "Bakı 2015 - I Avropa Oyunları"na həsr edilən 6 marka çap olunacaq.

Markaların üzərində Heydər Əliyev adına Arena, Milli Stadion, Tofiq Bəhramov adına Stadion, Milli Gimnastika Arenası, Bakı Kristal Zalı və Bakı Su İdmanı Mərkəzinin təsvirləri yer alacaq.

Qeyd edək ki, Avropa Oyunları 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6000-dən çox yüksək dərəcəli idmançını bir araya gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə