Bakının Nərimanov rayonu ərazisində müasir parklar salınır

Bakının Nərimanov rayonu ərazisində müasir parklar salınır

Paytaxtın Nərimanov rayonunun K. Rəhimov küçəsində yeddi yaşayış binası sökülərək, yerində müasir park salınır. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, parkın bir hissəsində işlər artıq başa çatdırılıb. Digər hissəsinin isə ikimərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Azadlıq prospektində (N.Nərimanov küçəsindən Z.Bünyadov prospektinə qədər) yeni parkın salınması işlərinə də başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə