Vahid Əhmədov: “Azərbaycanın layihələri həyata keçirməsində heç bir problem yoxdur” Açıqlama
"İqtisadi cəhətdən asılı olmayan dövlət faktiki olaraq siyasi cəhətdən də müstəqil dövlətdir. Bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə də, Azərbaycana ümumiyyətlə investisiya yatırımı ilə əlaqədar problem yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
O, Azərbaycanın özünün də artıq xarici ölkələrə investisiya yatırdığını ifadə edib. Bundan başqa, ölkəyə hər il yatırılan investisiyada artımın müşahidə edildiyini vurğulayıb: "İlin yekunları ilə bağlı keçirilən hesabatda çıxış edən dövlət başçısı İlham Əliyev ölkənin iqtisadi müsəqilliyə nail olduğunu dedi. Yəni iqtisadi cəhətdən Azərbaycan müstəqil dövlətdir. Bu, çox önəmli mesaj idi. Bir vaxtlar Azərbaycana yatırılan ümumi investisiyanın 20 faizi daxili, 80 faizi isə xarici idi. İndi isə tərsinədir. Misal üçün, 2015-ci ildə təxminən 80 faiz investisiya daxili, 20 faizi isə xaricidir. Azərbaycan özü artıq investisiya qoyan ölkədir".
Davos İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycanın 38-ci yer tutmasına da fikir bildirən millət vəkili qeyd etdi ki, bunun səbəbi ölkəmizin iqtisadi cəhətdən sabit olmasıdır: "Azərbaycana da sərmayə qoymaq istəyən dövlətlər hazırda çoxdur. Bunun da əsas səbəbi yaxınlarda Ümumdünya Davos Forumunun qlobal reytinq cədvəlində dərc olunmuş Azərbaycan 38-ci yer tutub. Orada 12 parametr var. Birinci parametr iqtisadi və siyasi stabillikdir. Yəni, iqtisadi və siyasi cəhətdən Azərbaycanda stabillik olmasaydı, əlbəttə ölkəyə investisiya cəlb etmək həddindən artıq çətin olardı. Müəyyən göstəricilər yerinə yetirildiyinə görə, Azərbaycanın məhz bugünkü səviyyədə layihələri həyata keçirməsində heç bir problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB