Vüqar Bayramov: “Əsas məqsəd neft sektorundan asılılığı aradan qaldırmaqdır”

Vüqar Bayramov: “Əsas məqsəd neft sektorundan asılılığı aradan qaldırmaqdır”

""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın dayanıqlı inkişafının təməlini müəyyənləşdirən əsas dövlət sənədlərindən biridir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas məqsədi Azərbaycan iqtisadiyyatının delifikasiyasına nail olmaqdan ibarətdir: "Bütövlükdə əsas məqsəd qeyri-neft sektorunun həm ümumi daxili məhsulda, həm də dövlət büdcəsində ixracını artırmaqla neft sektorundan asılılığın aradan qaldırılmasını təmin etməkdir. Ölkə Başçısı bu konsepsiyasını təsdiq edən zaman həmçinin, Azərbaycanın daxili məhsulunun iki dəfə artırılması ilə bağlı bəyanat verdi. Təbii ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu konsepsiya qeyri-neft sektorunu prioritet elan etməklə onun inkişafının stimullaşdırılmasına malik oldu. Rəqəmlərə nəzər yetirsək görərik ki, 2014-cü ilin 9 ayının yekunlarında 44,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu məhsulun 25,6 milyard manatı qeyri neft-sektorunun payına düşür. Ötən ilin eyni dövründə istehsal olunan ümumi daxili məhsulun göstəricisi isə 42,7 milyon manat və bunun da 23,9 milyon manatı qeyri-neft sektoruna aid olub. Qeyri-neft sektorunun kəskin yüksəlməsi ilə ümumi daxili bazarda neft sektorunun payının azalması müşahidə olunur. Qeyri-neft sektorunun payı dövlət büdcəsində də artmaqdadır. Əgər 2013-cü ildə dövlət büdcəsinin 26,9 faizi qeyri-neft sektorunun payına düşürdüsə, 2014-cü ildə bu rəqəm 33 faizə qədər yüksəlib. 2015-ci ildə isə bu sahə dövlət büdcəsinin 35 faizi təşkil edəcək".

İqtisadçı qeyd edib ki, Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hələ uzun müddət Azərbaycanda iqtisadi inkişaf tempinin qorunub saxlanmasına və iqtisadi delifikasiya ilə bağlı hədəflərə nail olmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə