Dəmiryolçular Bakıda görüşdü

Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci toplantısı keçirilib. SİA-nın məlumatına görə, sabah da davam edəcək iclasın gündəliyinə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi daxil edilib. Bundan başqa, 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015- 2016-cı illərdə qatarların hərəkət qrafiki, 2014 –cü ilin may ayında keçirilən yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilən konteynerlərin əvvəlcədən siyahıya alınmasnın yekunları və başqa məsələlər konfransın əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, dünya dəmir yolu nəqliyyat sisteminə inteqrasiya edən Azərbaycan bu prosesə hələ 1992-ci ildən qoşulub. Belə ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatı, 1995-ci ildən etibarən isə, Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü kimi bu qurumların toplantılarında təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə